Maraqlı

Saçının tez uzanmasını istəyənlər üçün MASKALAR

20 Noyabr 2018 23:25
0 Şərh     Baxış: 2 152
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun, sağlam və parlaq saçlara sahib olmaq hər kəsin arzusudur.

Ev şəraitində təbii saç maskalarından istifadə etməklə bu arzunuza çata bilərsiniz.

Milli.Az saglamolun.az-a istinadən saçların xarici görünüşünü yaxşılaşdıran və uzanmasını sürətləndirən effektli saç maskalarının reseptlərini təqdim edir.

Maska 1

- 2 x.q. gənəgərçək yağı

- 3 kapsul "Aevit" (apteklərdə satılır)

Gənəgərçək yağını su hamamında bir az isidin, kapsulları deşib içindəki vitaminləri əlavə edin, qarışdırın, saç köklərinə sürtün. 1 saatdan sonra yuyun.

Maska 2

- 1 x.q. xına

- 1 x.q. basma

- 1 yumurtanın sarısı

- 1 x.q. ayıpəncəsi yağı

Xına və basmanı qarışdırın, isti (qaynar yox) su əlavə edin ki, sıyıq kimi alınsın. İlıq olanda yumurta sarısını və ayıpəncəsi yağını əlavə edin, qarışdırın. Saçınıza çəkin, 1 saatdan sonra yuyun.

Maska3

- 3 x.q. ayıpəncəsi yağı

- 1 ç.q. üyüdülmüş darçın

- 1 ç.q. xardal

Qarışdırın, saçların köklərinə çəkin, 1 saatdan sonra yuyun. Dəridə güclü yanma hissi əmələ gələrsə, saçınızı dərhla yuyun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.