Maraqlı

Bu il Misirə gələn turistlərin sayı xeyli artıb

21 Noyabr 2018 03:30
0 Şərh     Baxış: 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirdə 2018-ci ilin 9 ay ərzində keçən ilin eyni dövrü ilə müqayisədə turistlərin sayı 40 faiz artıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Misirin turizm naziri Raniyə Əl-Maşat mətbuata açıqlamasında deyib. Beləliklə, "ərəb baharından" sonra müşahidə olunan tənəzzül faktiki olaraq aradan qaldırılıb və turizm sahəsi 2010-cu ildə qeydə alınan rekord rəqəmlərə yaxınlaşmaqdadır.

Misir mətbuatinın yaydığı məlumata görə, ölkəyə gələn turistlərin "xəritəsi" çox dəyişilib. 2011-ci ildə Misirə gələn rusiyalı turistlər birinci, britaniyalılar ikinci, almanlar üçüncü yeri tuturdularsa, bu gün mənzərə başqa cürdür. Belə ki, hazırda ölkəni ən çox almaniyalı, britaniyalı və Ukraynadan gələn turistlər ziyarət edir. Ekspertlərin fikrincə, turist axınının 2010-cu ilin rəqəmlərinə çatması üçün həmişə çoxluq təşkil edən rusiyalı turistlərin Misirə qayıtmaları lazımdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.