Maraqlı

Turistlər üçün ən təhlükəsiz ölkələr

21 Noyabr 2018 07:28
0 Şərh     Baxış: 1 357
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Turistlər üçün yeni interaktiv xəritələr tərtib olunub. Ümumi təhlükəsizlik, tibb və yolların vəziyyəti ilə bağlı aparılmış araşdırmaların əks olunduğu xəritələrdə bütün göstəricilər üzrə Finlandiya birinci yerdədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "İnternational SOS" agentliyinin tərtib etdiyi xəritələr üzrə ən təhlükəsiz ölkələr Finlandiya, Norveç və İslandiya, təhlükəli isə Liviya, Əfqanıstan və Somalidir.

Tibbi göstəricilər baxımından da, bütün Mərkəzi, Şimali və Qərbi Avropa, o cümlədən Türkiyə, ABŞ, Kanada, Yaponiya və Avstraliya ən yaxşı ölkə hesab olunur. Bu sahə üzrə ən pis vəziyyət isə Venesuela, Liviya, İraq, Suriya və bir sıra Afrika ölkələrində qeydə alınıb.

Yolların vəziyyəti və təhlükəsizliyi baxımından da ilk yerlərdə Şimali və Qərbi Avropa, Kanada, Yaponiya, Avstraliya qərarlaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.