Maraqlı

Məşhur rəssamın əsərini boyamaq üçün aldı - FOTO

20 Noyabr 2018 10:40
0 Şərh     Baxış: 1 297
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur amerikalı rəssam və perfomans ustası Ron İnqliş dünyanın ən mistik rəssamlarından sayılan, kimliyi bilinməyən britaniyalı rəssam Benksinin "Qul əməyi" (Slave Labour (Bunting Boy) əsərini satın alıb.

Milli.Az Art House-a istinadən bildirir ki, İnqliş 730 min dollara satın aldığı əsəri ağ boya ilə boyamaq niyyətindədir. O, küçə sənətinin, qraffiti şedevrlərinin satışına bu minvalla etiraz edir.

İnqliş boyadığı əsəri evində divardan asacaq.

"İnsanların əsərərimizi küçələrdən oğurlayıb satmalarından usanmışıq. Bu səbəbdən də apara biləcəyim nə varsa, satın alacağam və ağ boya ilə boyayacağam", - İnqliş deyib.

Benksi "Qul əməyi" əsərini 2012-ci ildə Londondakı dükanlardan birinə çəkmişdi. Əsərdə paltartikən maşında Britaniya bayrağı tikən oğlan təsvir olunub. 2013-cü ildə "Fine Art Auctions" hərrac evi qraffiti suvaqla birlikdə divardan qopararaq satıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.