Maraqlı

Facebook-a "ərimin dəfninə kimsə gəlməyəcək" yazdı, şoka düşdü - FOTO

20 Noyabr 2018 12:18
0 Şərh     Baxış: 3 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İkinci Dünya Müharibəsinin veteranı, savaş illərində Britaniyanın Kral Hərbi-Hava Qüvvələrinin (RAF) loqistika xidmətində qulluq etmiş 92 yaşlı Frensis Raymond Koks damar demensiyasından vəfat edib.

Onun xanımı, 78 yaşlı Cennifer düşünürdü ki, ərinin dəfn mərasiminə veteranlardan kimsə qatılmayacaq, kilsə boş qalacaq. Axı qoca ərlə arvad nə məşhur şəxslərdi, nə də zəngin adamlar. Onlar ikilikdə ömür sürürdülər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Cennifer Koks bu barədə Facebook-dakı səhifəsində yazmışdı. Qadın çox pərişan olduğunu vurğulamışdı.

Bu yazını Britaniyada 2-ci Dünya Müharibəsi veteranlarının onlayn-qrupu olan "Veterans Honoured"in üzvləri görüblər.

Xanım Koksun açıqlaması "Veterans Honoured"in səhifəsində paylaşılıb və sonucda, Raymond Koksun dəfninə veteranlar, habelə Britaniya HHQ-nin zabitləri yollanıb.

İngiltərənin Cənubi Qlost qraflığında Uinterborn Daun şəhərciyindəki "All Saints Churc" kilsəsinə onlarla veteran və hərbçi toplaşaraq Koksu son mənzilə yola salıblar.

"Ərimin dəfninə bu diqqət məni heyrətləndirdi, şoka saldı. Hər kəsə minnətdaram", - xanım Koks deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.