Maraqlı

Verilişə çıxan qızın geyimi tənqid edildi... - VİDEO

19 Noyabr 2018 15:39
10 Şərh     Baxış: 7 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ATV-də yayımlanan "Dəb mənəm" proqramında iştirakçılardan birinin geyimi tənqidlərə səbəb olub. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcılığını Vüsalə Əlizadənin etdiyi verilişə qatılan Aysu adlı qız yarıçılpaq halda kamera qarşısına keçib. Gecə klubuna gedən qız obrazını yaratdığını deyən Aysunu münsiflər də tənqid edib. 

Modelyer Gülnarə Xəlilova qızın zövqsüz olduğunu vurğulayıb. O, paltarın iddialı, çanta və ayaqqabının ona uyğun olmadığı söyləyib:

"Çox açıqdır. Bir az insanı yorur".

Stilist Elnur Həsənov isə Aysunu "vulqar" geyinməkdə qınayıb:

"Heç nəyi bəyənmədim. Bir kluba bu qədər "vulqar" şəkildə getmək olmaz. Hər bir şey yanlışdır. Saçlarınızı da dəyişdirin. Boyunuz qısadır, bu uzunluqda saçla gəzməməlisiniz. Heç vaxt burnuaçıq ayaqqabı geyinməyin".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
ATV-də efirə yarıçılpaq çıxan qız tənqid edildi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.