Maraqlı

"Lamborghini"dən unikal superkar - FOTO

19 Noyabr 2018 21:45
0 Şərh     Baxış: 1 141
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Lamborghini" şirkətinin "Special Projects" bölməsi unikal kupe istehsal edib.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, sözügedən superkar cəmi bir ədəddir.

"Special Projects" xüsusi sifarişlə avtomobil istehsal edir və "Lamborghini SC18" də bunlardan biridir. Yeni model "Lamborghini Aventador" modelinin əsasında hazırlanıb. Bununla belə, Aventador-dan kifayət qədər fərqlənir. Mütəxəssislər "Squadra Corse" yarış komandası ilə müştərək olaraq bu layihəni tamamlayıblar.
Eksteryerdə dəyişiklik az deyil. Ön disklər 20, arxa disklər isə 21 düymlükdür. Kapotun altında 12 sindirli 6.5 litr həcmli mühərrik var.

770 at güclü mühərrik 7 pilləli robot sürətlər qutusu ilə işləyir. Modelin dinamiki xarakteristikası barədə məlumat verilmir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.