Maraqlı

Məşhur narkobaron öldü

19 Noyabr 2018 12:24
1 Şərh     Baxış: 1 241
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meksikanın ən məşhur və nüfuzlu narkobaronlarından olan Ektor Beltran Leyva həbsxanada vəfat edib.

Milli.Az Meksika DİN-nin rəsmi saytına istinadən bildirir ki, 56 yaşlı Leyvanın ölüm səbəbi infarktdır.

O, cəza çəkdiyi "Altiplano" zəğsxanasından hospitala köksündə kəskin ağrılarla aparılmışdı.

Ektor Beltran Leyva bir zamanlar Meksikanın mütəşəkkil cinayətkar aləminin lideri olmuş "Beltran Leyva" kartelinin liderərindən biri idi.

2014-cü ildə həbs olunmuş Leyva 2016-cı ildə ABŞ-a təhvil verilməli idi. Lakin 2017-ci ildə bununla bağlı qərar ləğv olunmuş, Leyva Meksikada qalmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.