Maraqlı

Şahzadə şahzadənin burnundan yapışdı - FOTO

19 Noyabr 2018 10:39
0 Şərh     Baxış: 3 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Britaniya kraliçası 2-ci Yelizavetanın oğlu, şahzadə Çarlzın ailəsi ilə birlikdə yeni fotoları yayılıb.

Milli.Az bildirir ki, fotolar The Sunday Times Magazine-in xüsusi buraxılışında dərc ounub.

Bu günlərdə 70 yaşı tamam olmuş şahzadə Çarlza həsr olunmuş "Uelsli Baba" adlı geniş reportajı müşayiət edən fotoların müəllifi tanınmış fotoqraf Kris Ceksondur. O, artıq 15 ildir ki, kraliçanın ailəsi ilə çalışır.

The Sunday Times Magazine-dəki əsas fotoda şahzadə Çarlz kiçik nəvəsi Luini qucağında tutub.

Digər fotoda isə şahzadə Lui şahzadə babasının burnundan yapışıb.

Fotolar şahzadə Çarlzın Klarens-Haus malikanəsində əkilib.

"Çəkilişdə uşaqlar balaca xaos yaratdılar. Çarlz çox yaxşı babadır. Corc və Şarlotta daim ona can atırlar. Şahzadə Çarlz çəkilişdə nəvəsi Luini də atıb-tutur, uşağı vəcdə gətirirdi", - Kris Cekson deyib.

Ailə fotolarında şahzadə Çarlzla bahəm, onun xanımı, Kornuoll hersoginyası Kamilla, oğulları Harri və Uilyam, gəlinləri Keyt Middlton və Meqan Markl, habelə şahzadə Uilyamın övladları Corc, Şarlotta və Lui var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.