Maraqlı

Sərnişinin pul kisəsini qaytarmaq üçün 8 saat binanın qarşısında gözlədi

19 Noyabr 2018 08:12
3 Şərh     Baxış: 2 550
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada qırğızıstanlı taksi sürücüsü sərnişinin avtomobildə yaddan çıxardığı pul kisəsini qaytarmaq üçün 8 saat binanın qarşısında gözləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə özünün "Facebook" səhifəsində xanım sərnişinin özü yazıb.

Varya Bortsova səhər saat 5-də Moskvaya gəlib və evinə qədər taksi sifariş edib. Növbəti gün günorta saat 1-də yuxudan ayılanda, pul, sənədlər və bank kartları ilə birlikdə kisəsini taksidə yaddan çıxardığını aşkar edib.

O, dəstək xidməti vasitəsi ilə sürücünü tapmağa cəhd etsə də, cəhd uğurusuz olub. Onun atası pəncərədən həyətə baxanda isə blokun qarşısında helə taksi sürücüsünü görüb.

Taksi sürücüsü maşında pul kisəsini tapanda taksi parkının zəng mərkəzi ilə əlaqə yaradıb, lakin orada sürücüyə sərnişin barədə heç bir məlumatın qalmadığını bildiriblər. Sürücü sərnişinin binası qarşısında gözləmək qərarına gəlib və orada 8 saat olub.

Varya Bortsova mukafat şəklində sürücüyə gediş haqqının 5 qatı həcmində pul verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.