Maraqlı

10 yaşlı uşağa qarşı təcavüz cəhdi ANBAAN kameralara düşdü - VİDEO

18 Noyabr 2018 18:28
0 Şərh     Baxış: 6 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hadisə Rusiyanın Lesosibirsk şəhərində qeydə alınıb.

Milli.Az Vesti.ru-ya istinadən xəbər verir ki, 10 yaşlı qızcığaz evdən çıxıb idmana gedərkən, qəflətən ona kişi yaxınlaşır, onu yerə yıxaraq soyunmağı əmr edir.

Qorxmuş uşağın qışqırıqları küçədən keçən qadının diqqətini cəlb edir. Qadın yaxınlaşaraq təcavüzçünün fikrini yayındırır. Bu zaman qızcığaz qaça bilir. Sonradan mənfur kişi onun dalınca qaçsa da, xoşbəxtlikdən onun potensial qurbanı daha sürətli idi.

Çağırış üzrə hadisə yerinə gələn polislər dərhal təcavüzçünü saxlayıblar. Bu, 43 yaşlı yerli sakin idi. Hazırda ona qarşı 132-ci maddə - "seksual xarakterli zorakı hərəkətlər" ilə bağlı cinayət işi açılıb.

Videonu izləmək üçün şəklə klikləyin:
10 yaşlı uşağa qarşı təcavüz cəhdi anbaan kameralara düşdü

Zaur
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.