Maraqlı

Bu məşhur 3 ölkədə 3 milyona toy edəcək - FOTO

18 Noyabr 2018 17:39
0 Şərh     Baxış: 2 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Arsenal"ın futbolçusu Mesut Özil aktrisa və Türkiyə gözəli Amine Gülşe ilə evlənməyə hazırlaşır.

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, cütlük Almaniya, Türkiyə və İsveçdə 3 toy etməyi planlaşdırır.

Mesut Almaniyada, Gülşe isə İsveçdə doğulub-böyüyüb, lakin hər iki şəxs türk əsillidir.
1 milyon türk lirəsinə başa gələcək mərasimlər üçün dəqiq tarix verilməsə də, yaxın dövrlərdə baş tutacaq. 

Nikahdan sonra Amine aktrisalığa davam edəcək, lakin onun öpüşmə səhnələrində yer almayacağı gözlənilir. Mesul Özil daha əvvəl verdiyi müsahibəsində bu fikri səsləndirmişdi:

"Almaniyada doğulub-böyüsəm də, türk adət-ənənələrinə uyğun tərbiyə almışam. Amine bunu yaxşı bilir".

Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.