Maraqlı

Huawei əsas smartfon istehsalçısı olmağı planlaşdırır

20 Noyabr 2018 08:55
0 Şərh     Baxış: 1 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "Huawei Technologies" şirkəti 2020-ci ilədək dünyada smartfonların satış həcminə görə Cənubi Koreyanın "Samsung" şirkətini  ötmək niyyətindədir. Bu haqda "Huawei"nin rəhbərlərindən biri olan Riçard Yu deyib.
 
"Biz gələn il smartfonların satış həcminə görə birinci pilləyə çox yaxınlaşacağıq, ola bilsin ki, "Samsung" ilə eyni pilləni bölüşək. 2020-ci ildə isə bizim birinci olmaq şansımız daha çoxdur" - şirkətin rəhbəri "CNBC" telekanalına deyib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, cari ilin ikinci rübündə Çin istehsalçısı smartfonların satış həcminə görə "Apple" korporasiyasını geridə qoymağa müvəffəq olub. Həmin dövrdə 54 milyon smartfon satıb ki, bu da əvvəlki illə müqayisədə 41% daha çoxdur.
 
Xatırladaq ki, 2017-ci ildə "Huawei" 151,3 milyondan çox cihaz, "Samsung" 317,3 milyon, "Apple" isə 215,8 milyon smartfon satıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.