Maraqlı

Smartfonunuzun enerjisini sümürən "vampir" tətbiqlər

20 Noyabr 2018 07:51
0 Şərh     Baxış: 1 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şübhəsiz ki, smartfon istifadəçilərinin ən böyük problemlərindən biri cihazın enerjisinin tez bitməsidir. Müşahidələr göstərir ki, hətta əksər smartfonların enerjisi gün ərzində bir neçə dəfə tam tükənir. Bəs, enerjinin bu qədər tez tükənməsinə səbəb olan şey nədir?

Bu günlərdə yayımlanan bir hesabatda "batareya düşməni"  olan tətbiqlərin hansılar olduğu məlum olub. Siyahıda yer alan tətbiqlər böyük ehtimalla bir çoxumuzun smartfonunda var və onları aktiv olaraq istifadə edirik. Siyahıda adı olan tətbiqlərə keçmədən əvvəl smartfonunuzda batareya göstəricilərinə daxil olub cihazınızın enerjisini ən çox hansı tətbiqlərin istifadə etdiyini görə bilərsiniz.

Clean Master

Google Play-də 500 milyondan çox yüklənən Clean Master tətbiqi sadə RAM və virus təmizləyən tətbiq kimi görünsə də əslində başlıqdakı "vampir" ifadəsinə tam layiqdir. Arxa fonda daimi olaraq işləyən Clean Master sadəcə batareyaya deyil, həm də smartfonunuzun performansına da mənfi təsir edən tətbiqlər arasındadır.

Snapchat

Son illərdə işləri qaydasında getməyən Snapchat ən çox enerji istifadə edən sosyal medya tətbiqi kimi qəbul olunub. Snapchat tətbiqi məşhur anti-virus tətbiqi olan Avast-ın yayımladığı "ən çox enerji istifadə edən 10 tətbiq" siyahısında 4-cü sıradadır.

Google Chrome

Google-ın veb brauzeri Chrome artıq bir çox Android smartfonda əvvəlcədən yüklənmiş şəkildə gəlir. Lakin Chrome-un sərfiyyatının həddən artıq çox olduğunu da nəzərə almaq lazımdır. Bir müddət Chrome-da əməliyyatlar etmək belə smartfonun isinməsinə səbəb ola bilər.

Google Chrome həmçinin PC-lərdə də çox RAM sərf etməsi ilə də məşhurdur. Aşağı RAM-lı cihazlar istifadə edənlər App Store və ya Google Play-dən Chrome-a alternativ olan yüksək reytinqli brauzerlər yükləyə bilərlər.

Netflix

Son illərdə məşhurluğunu artıran, əsasən serial və film izləmək üçün istifadə olunan Netflix platforması həm Android, həm də iOS-da ən çox enerji sərf edən tətbiqlər arasında yer alıb. Netflix tətbiqini mobildən daha çox TV-də istifadə etməyinizi məsləhət görürük.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.