Maraqlı

Covşən duası nə üçün oxunur?

20 Noyabr 2018 07:21
0 Şərh     Baxış: 3 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Covşən sözünün mənası "zireh, qoruyucu geyim"dir. Dini mənbələrdə (əsasən şiə məzhəbinə aid dua kitablarında) Covşəni-kəbir (böyük zireh) və Covşəni-səğir (kiçik zireh) adlı iki dua qeyd edilib. Adlarından göründüyü kimi, birinci dua həcmcə daha uzun, ikinci dua nisbətən qısadır. Hər iki dua imamlarımız vasitəsilə Peyğəmbərdən (s) rəvayət edilib. Covşəni-kəbir duası İmam Zeynül-abidindən (ə), Covşəni-səğir duası İmam Musa Kazimdən (ə) nəql edilib. Rəvayətə görə, bir gün Peyğəmbər (s) hərbi yürüşdə əyninə ağır polad zireh geyinmişdi. Vəhy mələyi Cəbrayıl (ə) bu duanı o həzrətə öyrədərək buyurdu ki, artıq zirehə ehtiyac yoxdur, çünki bu dua insanı hər bəladan hifz edir. Dua kitablarında yazılıb ki, Covşən duası insanı dünya və axirətin bütün çətinliklərindən qoruyur. Covşən duasını Ramazan ayında oxumağın savabı böyükdür. Ona görə də dindarlar adətən Ramazan ayında məscidə toplaşaraq, kollektiv şəkildə Covşən duasını oxuyurlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.