Maraqlı

Qadın evdə tək olarkən başıaçıq şəkildə və ya qoluaçıq paltarda namaz qıla bilərmi?

20 Noyabr 2018 07:11
1 Şərh     Baxış: 2 033
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəriətimizin bəzi hökmləri insanlarla sosial münasibətlər zəminində tənzimlənir və təklikdə bu hökmləri qorumaq ya ümumilikdə, ya da həmin həddə vacib deyil. Məsələn, qadın naməhrəmlərdən bütün bədənini örtməlidir, yalnız sifətini və biləkdən aşağı əllərini açıq saxlaya bilər. Evdə tək olarkən və ya məhrəmlərin yanında bu qədər örtünməyə ehtiyac yoxdur. Amma elə hökmlər var ki, başqa adamların görüb-görməməsindən asılı olmayaraq hər bir şəraitdə öz qüvvəsini saxlayır. Namazda qadının örtünməsi də bu qəbildəndir. Qadın, onu kiminsə görüb-görməməsindən asılı olmayaraq, sifəti, biləkdən aşağı əlləri və topuqdan aşağı ayaqları istisna olmaqla bütün bədənini örtməlidir. Eləcə də, qadının namaz paltarı şəffaf və dar olmamalıdır. Bu şərtlər qəsdən qorunmasa, namaz batil olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.