Maraqlı

Mustafa Sandalın adı 3-4 məşhurla çəkilir

18 Noyabr 2018 10:12
0 Şərh     Baxış: 1 313
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl övladları ilə Londona yollanan müğənni Mustafa Sandal son zamanlar gündəmdən düşmür.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bir həftə içində 3-4 məşhurla adı çəkilən Sandalın məqsədinin nə olduğu sual altındadır.

Bir neçə gün əvvəl model Ceren Hindistana yazdığı mesajlarla gündəmi zəbt edən müğənni sonradan Irmak Ünalla eşq yaşadığını bildirib. Hazırda Londonda olan sənətçinin indi də müğənni Serel Yereli ilə maraqlaması diqqətdən qaçmayıb.

Serel açıqlamasında Mustafa haqda bu sözləri deyib:

"Londona gəlməzdən əvvək mənə yazmışdı. Demişdi ki, görüşüb musiqi, sənət haqda danışaq. Xahiş etmişdi. Məlumdur ki, tanınır. Mən də qəlbini qırmadım və görüşdük".

Qeyd edək ki, Sandal Emina Yahoviçlə evli idi və cütlüyün bu evlilikdın iki oğlu var.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.