Maraqlı

"Oğlanlarla vaxtından tez yatdığıma görə başıma bunlar gəldi" - FOTO

17 Noyabr 2018 14:02
1 Şərh     Baxış: 16 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İri bədənli (plus-size) model Eşli Qraham şəxsi həyatı ilə bağlı açıqlamaları ilə gündəmə gəlib.

Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, onlayn yayımlanan verilişə qonaq olan 31 yaşlı model gənclik dövründə etdiyi səhvlərdən danışıb.

Onun etirafları aparıcı Qvinet Patrounu kövrəldib. Hətta aparıcı hıçqıraraq ağlayıb.

Model bildirib ki, flört etdiyi oğlanla vaxtından tez yatdığına görə həmişə onun təzyiqinə məruz qalıb.

"Vaxtından tez oğlanla yatdığıma görə başıma bunlar gəldi. Problemim vaxtından tez yatmaq təklifini qəbul etməyimdir".

Modelin dediyinə görə, oğlanların yatmaq təklifini tez qəbul edib deyə təhqir olunub.

Təhqirlərdən boğaza yığılan Eşli evlənənə qədər kimsəylə yatmamaq qərarına gəlib və indiki əri ilə tanış olub.

8 ildir Castin Ervinlə ailəli olan model onu 10 ildir tanıdığını söyləyib. Onlar kilsədə bir-birini görüblər.

Fuad
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.