Maraqlı

Avstraliya səhrasında sirli işarələr tapıldı - FOTO

16 Noyabr 2018 21:16
0 Şərh     Baxış: 1 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google Earth" xəritəsi vasitəsilə Avstraliya səhrasında torpağın üzərində iri spiral formalı rəsmlər kəşf edilib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, qeyri-adi spiralları "8°24'33.2"S 127°59'11.2"E." koordinatlarında görmək mümkündür. Bir çox spiral eyni ölçüdədir və diametrləri 23 metrdir. Amma bununla yanaşı, diametri daha böyük olan spirallar da var.

Spiral formaları eyni yerdə deyil. Onlar bir sıra yerlərə səpələnib. Məsələ burasındadır ki, yaxınlıqda heç bir yaşayış məntəqəsi, heç aborigenlərin də düşərgəsi yoxdur.

Spiralların yanından bəzi hallarda köhnə yol keçir. Ona görə də çox güman ki, bu rəsmlər barədə yerli sakinlər xəbərdardır. Ən yaxında yerləşən yaşayış məntəqəsi kiçik Hols-Krik qəsəbəsidir. Bəzi spiralların üzərini qum örtüb.

Alimlər ehtimal edirlər ki, bu rəsmlərin yaşı çoxdur. Spiral çox qədim simvoldur və onun təsvirini bir sıra qədim daş binalarda görmək mümkündür. Dəqiq cavabı araşdırmalardan sonra deyəcəklər.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.