Maraqlı

Qrenlandiyada buz təbəqəsinin altında nəhəng asteroid qalıqları olub - FOTO

16 Noyabr 2018 21:42
0 Şərh     Baxış: 1 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlərin Qrenlandiyada radar cihazları vasitəsilə apardıqları müşahidələr zamanı 31 kilometrlik ərazidə buz təbəqəsinin deformasiyası nəticəsində qalın qatların altında 1,5 kilometr ölçüsü və 12 min ildən çox tarixi olduğu ehtimal edilən dəmir asteroidin yerləşdiyi müəyyən olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatçılar bu meteora çatmaq üçün buz qatının 1 kilometrlik dərinliyində qazıntılar aparmalıdır. Danimarka Təbiətşünaslıq Muzeyinin əməkdaşı, professor Kurt Kjer bununla əlaqədar jurnalistlərə bildirib ki, bu krater dünyada indiyədək tapılan ən böyük səma cismi ola bilər. Onun sözlərinə görə, Qrenlandiyanın şimal-qərbindəki "Hiavata" adlı buzlaqda aşkar edilən bu meteorun çox kiçik bir hissəsinin təsvirini yüksək texnoloji göstəriciləri olan cihazlarla qeydə almaq mümkün olub. Lakin ərazidə relyefin dəyişməsi nəticəsində onun 980 metrlik hissəsi Şimal Buzlu okeanda qalın buzların altındadır. Kraterin buz qatının dərinliyində olması tədqiqatların təmas olmadan aparılması zərurəti yaradır. Meteorun çarpılması nəticəsində buzlaqda yayılmış kiçik kvars formasında olan parçaların tərkibi isə laboratoriya şəraitində öyrənilir.

Britaniyanın Kardiff Universitetinin professoru Kleyn Makdonald bildirib ki, bu kiçik parçalar rodium, platin və palladium elementləri ilə zəngindir. "Bizi heyrətə salan meteoritin daş deyil, dəmir olmasıdır. Əvvəllər tapılan bütün səma cisimlərindən fərqli kompozisiyaya malik olan bu dəmir meteoritin mənşəyini öyrənmək də çox maraqlı olacaq", - deyə astronom əlavə edib. Makdonaldın sözlərinə görə, metal tərkibli meteoritlər Günəş sisteminin formalaşdığı ilk mərhələyə aiddir.

Alimlərin ehtimalına görə, milyonlarla il əvvəl Qrenlandiya və Kanadada olan ucsuz-bucaqsız buzlaqlar məhz nəhəng meteor düşməsi nəticəsində bir-birindən ayrılıb. Meteorun əsas hissəsini üzə çıxarmaq üçün Şimal Buzlu okeanın dərinliyində - buz qatlarında qazıntı aparmaq lazımdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.