Maraqlı

Dünyanın ən yüksək yaşayış məskəni: göy üzü pansionları - VİDEO - FOTO

19 Noyabr 2018 22:47
0 Şərh     Baxış: 2 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən yüksək yaşayış mərkəzi olan Peruda adrenalin həvəskarlarını macəra gözləyir.

Bunun üçün Perunun Sacred Valley şəhərinə getməlisiniz.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu səyahət yüksəklik qorxusu olanlara məsləhət görülmür. Çünki vadinin ən yüksək zirvələrindən birinə dırmaşmalısınız. Əgər bunu bacarsanız, zirvədəki, 400 metr yüksəklikdəki şəffaf şüşə kapsulun içində yata bilərsiniz.

Skylodge (Göy üzü pansionları) kəskin hava şərtlərinə dözümlü alüminium və polikarbonatdan emal edilir. 24 mer uzunluğa, səkkiz metr enə malik bu "otaqlarda" bir yataq, bir yemək otağı, kiçik bir tualet və vanna otağı var.

Vəhşi heyvanların sizi izləməməsi üçün vanna otağında pərdə asılıb.

Qonaqların buraya dəmiryolu ilə gələ bilərlər. Ancaq 400 metrlik dağı mütləq dırmaşmaq lazımdır. Polad zəncirlərlə bu məcburi yolu aşmaq və körpüləri keçmək lazımdır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Dünyanın ən yüksək yaşayış məskəni: göy üzü pansionları

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.