Maraqlı

Xiaomi Mi Mix 3S'in ilk məlumatları sızdırıldı

17 Noyabr 2018 07:11
0 Şərh     Baxış: 1 178
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

iGeekPhone adlı mənbə Xiaomi Mi Mİx 3S flaqman modelinin ilk məlumatlarını təqdim edib. Belə ki, o, smartfonun texniki göstəriciləri və qiyməti barəsində məlumatları paylaşıb. Mənbənin verdiyi məlumata əsasən Xiaomi Mi Mix 3S slayder formatında qalacaq. Lakin buna baxmayaraq onun xarici görünüşündə cüzi dəyişikliklər olacaq.

Onun arxa hissəində şaquli şəkildə yerləşdirilmiş üçlü kamera olacaq. Barmaq izi skanı texnologiyası isə smartfonun ekranına inteqrasiya olunacaq. İkili ön kamera, və ekran ölçüsü olduğu kimi qalacaqlar. Texniki göstəricilərə gəldikdə isə Mi Mix 3S 5G modulu, Snapdragon 8150 prosessoru, 4/6 GB RAM və 128 GB-a kimi daxili yaddaş ilə təchiz olunacaq. Məlumata əsasən smartfonun qiyməti 547$ təşkil edəcək. Mi Mix 3S-in dəqiq satış tarixi barədə məlumat olmasa da onun gələn ilin Mart ayında satışa çıxması güman edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.