Maraqlı

“Apple” öz kompüterlərini kənar təmir cəhdlərindən qoruyub

17 Noyabr 2018 08:31
0 Şərh     Baxış: 1 210
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkətinin  istehsalı olan ən yeni kompüter modellərində qurulmuş "T2" soprosessoru bəzi hallarda texnikanı sərbəst təmir etmək cəhdlərinin qarşısını alır.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata görə, "MacBook" noutbuku, "iMac" və "Mac mini" kompüterlərində sistem lövhəsi və barmaq izi skanerinin təmiri vaxtı problem yarana bilər.
 
"Apple T2" - şirkətin öz istehsalı olan xüsusi əlavə prosessordur. "MacBook Pro", "MacBook Air" noutbukları və "iMac" kompüterlərində bu əlavə prosessor "Touch ID" barmaq izi skanerinin işinə, həmçinin istifadəçi məlumatlarının təhlükəsizliyinə cavabdehdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.