Maraqlı

Transformasiya xərcləri 2 trilyon dollara yaxınlaşacaq

17 Noyabr 2018 08:05
0 Şərh     Baxış: 1 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"IDC"-nin analitikləri biznes, istehsal və təşkilatların rəqəmli transformasiyası üçün lazımi texnologiya və xidmətlərə xərclərin artımını proqnozlaşdırır. Gözləntilərə görə, 2017-2022-ci illərdə bu istiqamət üzrə xərclər orta hesabla 16,7% artacaq və müddətin sonuna yaxın 2 trilyon ABŞ dollarına yaxınlaşacaq.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssislər hesab edirlər ki, 2020-ci ilədək dünyanın 2000 ən böyük ictimai əhəmiyyətli şirkətinin 30%-i illik gəlirinin ən azı 10%-ni rəqəmləşdirmə üzrə proqramların maliyyələşdirilməsinə ayıracaq.
 
2019-cu ildə rəqəmli transformasiya üzrə qlobal ayırmalar 1,25 trilyon dollar təşkil edəcək. "IDC"-nin proqnozuna görə, bu vəsaitin yarısını, demək olar, 4 sahə təmin edəcək: diskret istehsal (220 milyard dollar), emaledici sənaye (135 milyard dollar), nəqliyyat (116 milyard dollar) və pərakəndə ticarət (98 milyard dollar).
 
Coğrafi baxımdan rəqəmli transformasiya xərcləri üzrə lider ölkələr ABŞ və Çin olacaq, çünki rəqəmli transformasiya xərcləri üzrə ümumi məbləğin 50%-dən çoxunu bu 2 ölkə təmin edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.