Maraqlı

Superkompüterlərin yeni reytinqi dərc edilib

17 Noyabr 2018 08:15
0 Şərh     Baxış: 1 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl dünyada ən məhsuldar superkompüterlərin yeni reytinqi dərc edilib. Qeyd edək ki, liderlər siyahısında cüzi dəyişiklik baş verib. Çinin "Sunway TaihuLight" sistemi ABŞ-ın "Sierra" kompüterinə uduzaraq reytinqdə ikinci pillədən üçüncüyə enib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, ABŞ-da quraşdırılmış və hazırda 143,5 PFLOPS məhsuldarlığa malik "Summit" superkompüteri reytinqdə lider olaraq qalır.
 
Reytinqin tərtibçiləri qeyd edirlər ki, Çin sistemlərinin payı yüksəlir. İndi Çinin superkompüterləri reytinqin 45%-ni tutur. ABŞ istehsalı olan superkompüterlərdə bu göstərici 22% təşkil edir, amma bu sistemlər orta hesabla götürdükdə daha məhsuldardır. Əgər ümumi məhsuldarlıq üzrə hesablasaq, onda ABŞ 38%-lə liderlik edir, Çin isə 31%-lə ikinci yeri tutur.
 
Həmçinin superkompüterlərin sayına görə liderlər siyahısında Yaponiya, Böyük Britaniya, Fransa, Almaniya və İrlandiya yer alıb. Reytinqdə yer almış digər ölkələrdə sistemlərin sayı 10-dan azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.