Maraqlı

Dinozavr skeletləri hərracda 1,5 milyon dollara satılacaq

16 Noyabr 2018 22:20
0 Şərh     Baxış: 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Parisdə dinozavr skeletlərinin hərraca çıxarılaraq 1,5 milyon dollara satılması planlaşdırılır.

Milli.Az "report"-a istinadən bildirir ki, eramızdan əvvəlki dövrün nəhəng canlılarının qalıqları ABŞ-da aparılan arxeoloji qazıntılar zamanı tapılıb.

Birinci sümük kamptozavra aiddir. Arxeoloqlar onun demək olar, bütün sümüklərini tapıblar. Ona 500-700 min avro qiymət qoyulacaq.

Allozavrın isə qalıqlarının cəmi 65 faizi tapılıb. Lakin bu unikal tapıntı çox baha - demək olar, 1 milyon avro qiymətindədir.

"Biz burda eyni vaxtda yaşamış iki dinozavr arasında bərpa işləri aparırıq. Bu, allozavrdır. O, yırtıcıdır. Və kamptozavr - bu heyvan isə otyeyən olub", - deyə məsləhətçi-paleontoloq Stefano Piççini bildirib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.