Maraqlı

Cennifer Lopesdən pərəstişkarlarını şoka salan geyim - FOTO

16 Noyabr 2018 16:11
3 Şərh     Baxış: 4 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəsarətli geyimləri ilə gündəmdən düşməyən müğənni Cennifer Lopes pərəstişkarlarını növbəti dəfə şoka salıb.

Milli.Az publika-ya istinadən xəbər verir ki, Ceylo DJ Khaled ilə oxuduğu yeni mahnıya klip çəkdirib. Cavan qalmaq üçün idmanla məşğul olan 49 yaşlı ulduzun klip çəkilişlərində geyindiyi boz şalvar və görünən alt paltarı ilə diqqət çəkib. Bununla da o, dəbə yeni "fitnəkar" trendi qaytarıb: şalvarın kənarından görünən strinq.

Qeyd edək ki, bu yaxınlarda aktrisa Mila Kunis də eyni görkəmdə görünmüşdü.

Xatırladaq ki, pərəstişkarları lap bu yaxınlarda müğənninin bütün məziyyətlərini qiymətləndirmək imkanı qazanmışdı: ötən həftə "Cenifer guste Te" mahnısına çəkilən klipi təqdim edən Ceylo parlaq sarı bikinisi və rəqsləri ilə heyranlıq doğurmuşdu. Bundan sonra Lopes Qətərdə olmuş, orada artıq daha qapalı geyimi müsəlman dövlətinin sakinləri valeh etmişdi. İndi isə müğənni yenidən öz tərzinə qayıdıb, onun enerji yalnız həsəd aparmaq olar!

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.