Maraqlı

Ərindən boşanmaq istəməyən qadından "şeytanca" plan

16 Noyabr 2018 13:15
1 Şərh     Baxış: 2 451
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə qəribə hadisə baş verib.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İzmir şəhərində yaşayan qadın ərinin boş yerə 6 ay həbsdə yatmasına səbəb olub.

Gülcan A. adlı qadın ondan boşanmaq istəyən ərini polisə şikayət edərək "həyat yoldaşım FETO-çudur", - deyib.

6 ay həbsdə yatan kişinin FETO-çu olmadığı aşkarlanıb. O, azadlığa çıxdıqda arvadından boşanmaq üçün məhkəməyə müraciət edib.

Bu dəfə də qadın "məni aldadır" deyərək təzminat tələb edib.

Qadının əsl məqsədi ortaya çıxandan sonra onun şikayəti rədd edilib, məhkəmə onları boşayıb.

Fuad
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.