Maraqlı

Azərbaycan vətəndaşları Rusiyaya gedənlərin sayına görə ilk 5-likdədir

16 Noyabr 2018 12:11
0 Şərh     Baxış: 1 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin yanvar-sentyabr aylarında Rusiyaya 3,9 mln. nəfər turist gəlib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizliyi Xidmətinin sərhəd xidmətindən bildirilib. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,3% çoxdur. 

Doqquz ay ərzində Rusiyaya gələn-gedənlərin ümumi sayı isə 1,9% artaraq 25,5 mln. nəfərə çatıb. Qonşu ölkə ən çox Ukraynadan adam qəbul edib - 7,2 mln. nəfər. Növbəti yerlərdə Qazaxıstan (3,3 mln. nəfər), Özbəkistan (1,9 mln. nəfər), Tacikistan (1,1 mln. nəfər) və Azərbaycan (861,5 min nəfər) vətəndaşları qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.