Maraqlı

Məşhur reperin arvadı qripdən öldü - FOTO

16 Noyabr 2018 10:14
0 Şərh     Baxış: 2 269
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyaca məşhur amerikalı reper, əsl ad və soyadı Şon Kombs olan Paff Deddinin arvadı, onun 13 il qeyri-rəsmi nikahda yaşadığı xanımı, 47 yaşlı Kim Porter bu gecə evində keçinib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Paf Deddi ilə Kim Porterin izdivacında üç övlad (20 yaşlı Kristian və 11 yaşlı əkiz bacılar Cessi Ceyms ilə D-Lila) doğulub.

K.Porter ABŞ-ın Los-Anceles şəhərindəki evində ölü tapılıb.

Mərhum modelin yaxın rəfiqəsi Kimora Li Simmonsun dediyinə görə, Kim Porter son həftələr güclü qrip virusu nəticəsində orqanizmində yaranmış pnevmoniyadan müalicə olunurdu.

Paf Deddi şokda olduğunu deyərək jurnalistlərin suallarını cavablamaq istəməyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.