Maraqlı

Devid Hokninin əsəri 90,3 milyon dollara satılıb

16 Noyabr 2018 08:57
1 Şərh     Baxış: 1 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngilis rəssam, qrafik və fotoqraf Devid Hokninin "Rəssamın portreti (iki fiqurlar ilə hovuz)" rəsmi "Christie's" hərrac evinin təşkil etdiyi hərracda 90,3 milyon dollara satılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Christie's" hərrac evinin "Twitter" səhifəsində deyilir.

Bu, hazırda həyatda olan rəssamın əsərləri üçün rekord qiymətdir.

Bundan əvvəlki rekord 2013-cü ildə "Christie's" hərrac evində satılan Ceff Kunsun "Hava şarlarından it" heykəltaraşlıq əsərinə məxsus olub. C.Kunsun əsəri 58,4 milyon dollara satılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.