Maraqlı

Berlin süni intellekt yaradılmasına 3 milyard avro sərmayə qoyur

16 Noyabr 2018 00:45
0 Şərh     Baxış: 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya hökuməti 2025-ci ilə qədər süni intellektin inkişafı ilə bağlı elmi araşdırmalara və texnologiyalara 3 milyard avro əlavə sərmayə qoymaq niyyətindədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, AFR hökumətinin Potsdamda keçirilmiş, rəqəmsal texnologiyalara həsr edilmiş ikigünlük iclasında çıxış edən iqtisadiyyat naziri Piter Altmayer deyib: "Süni intellektə gəlincə, Almaniya elmi və praktik sferalarda aparıcı ölkələrdən biri olmalıdır". Onun sözlərinə görə, AFR hökuməti bunu əsas götürür ki, bu tipli araşdırmalara və texnologiyalara şəxsi investorlar da eyni məbləğdə vəsait xərcləyəcəklər. Beləliklə, 2025-ci ilə qədər süni intellektə investisiyaların ümumi həcmi 6 milyard avro olacaq.

Altmayer deyib: "Biz çalışırıq ki, Almaniyada ixracatyönümlü orta müəssisələr və şirkətlər rəqəmsal texnologiyaları daha çox tətbiq etsinlər, çünki bu texnologiyalar sayəsində ÜDM-i daha 1,3 faiz artırmaq mümkündür".

Onun sözlərinə görə, bu artım, buxar maşını ixtira edilən vaxtdan bütün böyük innovasiyaların məcmu səmərəsindən çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.