Maraqlı

17 yaşlı qızını Facebook-da 9 arvadlı kişiyə satdı - FOTO

15 Noyabr 2018 15:46
3 Şərh     Baxış: 3 795
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sudanın cənubundakı Yirol bölgəsində yaşayan 17 yaşlı Nyalong Ngong Deng Jalangı valideynləri Facebook-da satıblar.

Milli.Az Tuko-ya istinadən bildirir ki, "17 yaşlı, ucaboylu, gözəl, bacarıqlı, bakirə qız satılır!" sloqanı ilə Facebook-da satışa çıxarılmış Nyalonqu 46 yaşlı iş adamı Kok Alat satın alıb.

O, Nyalonq üçün 500 inək, 3 offrouder avtomobil və 10 min dollar təklif edərək hərracda qalib gəlib.

Hərracda Alatın 5 rəqibi vardı. Rəqiblərdən biri Cənubi Sudandakı ştatlardan birinin qubernatorunun müavini Devid Mayom Riak idi.

Riak qıza görə 250 inək təklif etmişdi.

"Əvvəllər qonşu olduğumuz üçün bu ailəni əla tanıyıram. Nyaloq hələ uşaq olanda onun valideynlərinə "qızınızı alacağam" demişdim. Alınmadı", - Riak söyləyib.

Kok Alatın 9 arvadı var. Onun Nyaloqla toyu Fridom Hollda olub.

Facebook-dakı "hərrac"la bağlı bütün informasiyalar silinib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.