Maraqlı

Ayna Cəbrayılova 450 min dollarlıq gəlinlik, 25 "Limuzin"lə ərə getdi - VİDEO - FOTO

16 Noyabr 2018 01:01
3 Şərh     Baxış: 18 804
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O, 26 yaşlı çeçen Haydar Şəripovla ailə həyatı qurub

Çeçen milyoneri Umar Cəbrayılovun qardaşı qızı, Moskva Dövlət Universitetinin tələbəsi, 22 yaşlı Ayna Cəbrayılova Moskvada Louis Vuitton və Versace brendlərinin malları ilə doldurulan 300 min dollar dəyərində olan 32 çamadan cehizlə ərə gedib.

Milli.Az aznews.az-a istinadən bildirir ki, Ayna neft biznesi ilə məşğul olan 26 yaşlı çeçen Haydar Şəripovla ailə həyatı qurub.

Bu haqda informasiyanı Daily Mail nəşri yayıb.

Gəlini aparmaq üçün Moskva yaxınlığındakı elit qəsəbəyə 25 limuzin gəlib. Aynanın gəlinlik paltarını Livan dizayneri Zuxair Murad tikib. Daş-qaşlar isə Britaniyanın Graff Diamonds zərgərlik evindən alınıb.

Toyun ikinci günü Ayna Livanın Elie Saab brendinin donunu geyinib. Deyilənə görə, hər iki gəlinlik donunun qiyməti 450 min dollardan bahadır.

Moskvanın "Safisa" restoranında keçirilən toya 600 nəfərdən çox qonaq dəvət edilib. Onları çeçen artistləri əyləndirib.

Qeyd edək ki, 60 yaşlı Umar Cəbrayılov rusiyalı iş adamı, mesenat və dövlət xadimidir. İddiaya görə, o super model Naomi Kempbell və kino ulduz Şeron Stounla eşq yaşayıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ayna Cəbrayılova 450 min dollarlıq gəlinlik, 25

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.