Maraqlı

Qonaq getdiyi evdən 15 yaşlı qızı qaçırdı, atasına elə bir təklif etdi ki... - AĞLAGƏLMƏZ İYRƏNCLİK

16 Noyabr 2018 05:05
0 Şərh     Baxış: 4 275
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Diyarbəkir vilayətinin Sur mahalında baş verən hadisə ölkənin gündəminə çevrilib.

Milli.Az xəbər verir ki, inşaat işçisi Mehmet Salih Gülər ​​(48) 15 yaşındakı qızı Berfin Gülərin evlərində qonaq etdikləri ailənin Taner adlı 25 yaşındakı oğlu tərəfindən qaçırıldığını iddia edir.

Qız noyabrın 3-də qaçırılıb. Mehmet Salih Gülər qızının tapılması üçün təhlükəsizlik güclərinə xəbər verib, ancaq Berfin Gülər hələ ​​tapılmayıb. Təxminən 40 gündür qızından xəbər ala bilməyən ata aldığı təkliflə ikinci şok keçirir.

"Oğlanın atasına zəng etdim. Qızımın kiçik olduğunu, öz oğlunun isə 25 yaşında olduğunu söylədim. "Bir cahillik ediblər, qızımı gətirin məsələni bağlayaq" dedim. O da mənə "ailə olaraq 4-5 qızı bu şəkildə qaçırmışıq. Çoxunun da yaşı 15-dən azdır. Kimsə də bizə bir şey edə bilmədi, bundan sonra da edə bilməz", - dedi. Ona "güclü ola bilərsən, amma mənim dövlətim daha güclüdür, mən dövlətimə, əsgərə, polisə güvənirəm", - dedim. Qızımın kim tərəfindən qaçırıldığı məlumdur, amma heç bir şey edə bilmirik", - qızın atası deyib.

Mehmet Salih Gülərin sözlərinə görə, bir müddət sonra tapdığı ailə ona qızının qarşılığında pul və bəyəndiyi 2 qızı təklif edib. O qeyd edib ki, bu təklifi tərbiyəsizlik kimi qiymətləndirib və qəbul etməyib.

Ata növbəti dəfə təhlükəsizlik güclərinə müraciət edərək qızının qaytarılması üçün kömək istəyib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.