Maraqlı

Şalvar tapa bilməyən müğənni satıcıları döydü

15 Noyabr 2018 12:22
2 Şərh     Baxış: 2 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli müğənni Yusuf Harputlu ötən gün alış-veriş mərkəzlərindən birində çalışan iki qadını döyüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hadisəyə səbəb Yusufun istədiyi şalvarın qara rəngini tapmaması olub. Mağazada qışqıraraq qadınlara hücum edən müğənni haqda şikayət olunub. 

İddialara görə, ifaçı "Siz mənim kim olduğunu bilmirsiniz" deyərək satıcılara yumruq vurmağa başlayıb.

Xəstəxanaya aparılan qadınlar müayinədən sonra polis bölməsinə gedərək şikayətçi olub. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.