Maraqlı

"Qız krujevalı alt paltarı geyinərək oğlanı ehtiraslandırıb" - FOTO

15 Noyabr 2018 11:50
3 Şərh     Baxış: 22 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qızın alt paltarının məhkəmədə ona qarşı sübut kimi istifadə edilməsi etirazlara səbəb olub.

Milli.Az Globalnews-a istinadla xəbər verir ki, İrlandiyada, Kork əyalətində (Dublindən 250 kilometr uzaqlıqda) 27 yaşlı kişi 17 yaşlı qızı zorlamaqda ittiham olunaraq noyabrın 6-da məhkəməyə çıxarılıb.

Məhkəmədə müttəhimin vəkili Elizabeth O'Connell ifadəsində 27 yaşlı kişini müdafiə edərək bildirib ki, günah qızda olub. Belə ki, qız çox ehtiraslı alt paltarı geyinib və qızın krujevalı alt paltarı sübut kimi göstərilib.

"Qız krujevalı alt paltarı geyinərək onu ehtiraslandırıb", - deyə O'Connell söyləyib.

Alt paltarının sübut kimi istifadə edilməsi və 27 yaşlı kişiyə bəraət verilməsi ölkədə qalmaqal yaradıb.

Onlarla qadın küçələrə çıxaraq buna etiraz ediblər. Sosial şəbəkələrdə #ThisIsNotConsent həştəqi yaradılıb və bununla bağlı xeyli paylaşım edilib.

Fuad
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.