Maraqlı

Ronaldu 15 dəqiqəyə şəraba 31 min avro xərclədi

15 Noyabr 2018 08:13
2 Şərh     Baxış: 2 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un hücumçusu Kriştianu Ronaldu növbəti dəfə bədxərcliyi ilə diqqət mərkəzinə düşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu xanımı Corcina və oğlu ilə birlikdə Londona səfər edib.

Yerli otellərdən birində məskunlaşan ailənin bir gecə üçün ödədiyi məbləğ 10 min avrodan çox olub. Restoranda isə Ronaldu, cəmi 15 dəqiqə ərzində şərab üçün 31 min avrodan çox xərc çəkib. Onlar əvvəlcə qiyməti 20 min avro dəyərində olan dünyanın ən bahalı şərabını sifariş ediblər. Daha sonra isə 10 min avroluq başqa bir şərabın dadına baxıblar.

Qeyd edək ki, Ronaldu və ailəsi Londonda məşhur tenisçi Novak Cokoviçin oyununu da izləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.