Maraqlı

Dərinizi duzla təmizləyin – FAYDALI MASKALAR

17 Noyabr 2018 23:25
1 Şərh     Baxış: 3 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çox duz qəbul etməyin orqanizmə zərərli olması barədə hər kəs məlumatlıdır. Amma duzdan dərinin təmizlənməsi üçün gözəllik vasitəsi kimni istifadə etmək olduqca faydalıdır.

Tarazlaşdırıcı maska

Duz və bal, dərini hamarlaşdırma təsirinə malikdir. Həmçinin kəsik və yaraları sağaltma xüsusiyyəti ilə də diqqəti çəkir. Bu ikili yağ istehsalının tənzimlənməsini və dərinin nəmli qalmasını təmin edir.

Hazırlanması:

İki çay qaşığı dəniz duzunu dörd çay qaşığı balla qarışdırıb məcun halına gətirin və təmizlədiyiniz dərinizə, göz çevrəsinə vurmadan sürtün. 10-15 dəqiqə saxladıqdan sonra ilıq su ilə islatdığınız parçayla üzünüzdən yavaşca silin. Daha sonra məsamələri daraltmaq üçün üzünüzü soyuq su ilə  yuyun və hər zaman tətbiq etdiyiniz dəri qulluğunu edin.

Yağlanmanın qarşısını alan tonik

Duz dərin məsamələri təmizləmə və yağ istehsalını tənzimləmə təsiri sayəsində sızanağa yol açan bakteriyaların dərimizdə yığılmasına əngəl olur.

Hazırlanması:

Bir çay qaşığı dəniz duzunu 100 qram isti su dolu şüşədə əriyənə qədər qarışdırın. Təmizlənmiş dərinizə sürtün, ya da asan və mütəmadi istifadə üçün sprey şüşəsi ilə üzünüzə püskürdün. Bunu gündə gündə bir, ya da iki dəfə tətbiq edin.

Yumşaldıcı pilinq

Duz ölü dərinin təbii yollarla soyulmasına kömək edir. Həmçinin dərini yumşaldan və nəm tarazlığını təmin edən minerallar baxımından da olduqca zəngindir.

Hazırlanması:

Yarım stəkan duz və yarım stəkan zeytun yağını qarışdırın, içinə kakos yağı əlavə edin. İstərsəniz sevdiyiniz esans yağlarından da 10 damcı qata bilərsiniz. Hazırladığınız pilinqi hamam lifi ilə, ya da ovcunuzla dərinizə yavaş hərəkətlərlə vurun.

Təzələyici pilinq

Duz dəri üzərindəki ölü hüceyrələri təmizləyir, beləcə, dərinin təzələnməsini təmin edir. Hazırlayacağınız pilinqin içərisindəki aloe vera dərinizi nəmləndirib bərpa edərkən, lavanta qan dövranını artıraraq hüceyrə təzələnməsini sürətləndirəcək.

Hazırlanması:

Yarım stəkan duzu yarım stəkan saf aloe vera geli, bir xörək qaşığı qurudulmuş lavanta çiçəyi və 10 damcı lavanta esanslı yağ ilə qarışdırın. Bu qarışım qalın bir məcun halında və quru olarsa, içinə bir neçə damcı yağ əlavə edə bilərsiniz. Hazırladığınız pilinqi bir liflə, ya da ovcunuzla dərinizə yavaş hərəkətlərlə yedirin.

Rahatladıcı duz vannası:

Duz dərinizdəki məsamələrə girən çirki və toksinləri təmizləyir. Duzun tərkibindəki minerallar dəridə qoruyucu baryer yaratmağı təmin edir və dərinin nəmini qoruyur. Dəniz duzundakı maqnezium bədənin su tutmasını ve şiş yaranmasını azaldır.

Hazırlanması:

İsti su ilə doldurduğunuz hamam vannasına yarım stəkan duz əlavə edin və 15, ya da 30 dəqiqə bu duzlu suda dərinizi dincəldin.

Kəpəyin qarşısını alır

Duz saçda kəpəyin yaranmasını azaldır. Eyni zamanda, yağı əmər, saç dərisini nəmləndirərək göbələk və kəpək yaranmasının qarşısını alar.

Hazırlanması:

1-2 çay qaşığı duzu saç dərinizə səpin. Barmaqlarınızı isladıb saçınızı 10-15 dəqiqə yavaşca masaj edin. Sonra hər zamanki kimi yuyun və kremləyin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.