Maraqlı

Göz hərəkəti ilə idarə edilən televizor hazırlanacaq

18 Noyabr 2018 19:10
0 Şərh     Baxış: 1 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Samsung" şirkətinin "Ponty" layihəsi yeni televizor sahiblərinə onların işini beyin vasitəsilə idarə etməyə imkan verəcək.

Milli.Az ICTnews-a istinadən xəbər verir ki, sistem tamaşaçıya kanalları və səsin ucalığını tənzimləməyə şərait yaradacaq.. Texnologiyanın hazırlanmasında İsveçrə neyroprotezləşdirmə mərkəzinin alimləri iştirak edirlər. Yeni televizor prototipi San-Fransiskoda keçirilən konfransda nümayiş olunub.

Cənubi Koreya istehsalçısının əməkdaşı bildirib ki, layihə sağlamlıq vəziyyətinə görə hərəkət edə bilməyən insanların həyatını asanlaşdırmaq məqsədi daşıyır: tamaşaçı sevimli verilişi göz hərəkəti ilə seçə biləcək.
 
Hazırda alimlər insanın bu və ya digər filmə baxmaq istəməsi zamanı onun necə reaksiya verməsini anlamaq üçün beyin dalğaları nümunələrinin öyrənilməsi ilə məşğuldurlar. Bunun üçün mütəxəssislər tərəfindən tamaşaçının başına xüsusi gel yaxdıqdan sonra işləyən xüsusi sensor kaska yaradılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.