Maraqlı

Sənə tibbi əhatə edən 4 şeyi tövsiyə edirəm...

18 Noyabr 2018 23:15
0 Şərh     Baxış: 2 174
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmamətin və peyğəmbərlərin elmi birbaşa Allah Təala tərəfindən onlara (ə) verilmiş bir paydır. Onlar (ə) dünyaya öyrənmək, təkamül etmək üçün yox, insanları öyrətmək və mənəvi təkamülə çatmaq üçün Allah tərəfindən seçiliblər (təbii ki, adi insanlara nisbətdə).. Onların Allahla rabitələrinin həqiqəti yalnız özlərinə məlumdur.

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, Hz.Əlidən (ə) insan mənəviyyatını paklayan, insanı əxlaqı və mənəvi yüksəlişə götürən tövsiyələr çoxdur. Həmçinin bütün bunlarla yanaşı tibbi və cismi tövsiyələri də vardır. İmam Əli (ə) öz vəsiətlərinin birində İmam Həsənə (ə) buyurur:

"Dörd şeyi sənə xatırladıram ki, onlara əməl edilərsə, şəxs tibbin ardınca olmaqdan (həkimlərdən)  ehtiyacsız olar (yəni xəstəliyə düçar olmaz).

1 -Yalnız acıdığın halda süfrə başında əyləş (ye).

2 -Süfrədən yeməyə meylin olduğu halda qalx (doymamış).

3 -Yeməyi ağzında yaxşı çeynə.

4 - Eləki yatmaq istədin ayaq yoluna get."

Diqqət etsək görəri ki, deyilmiş tövsiyənin 3-ü yemək və qida haqqındadır. Bu bir daha Allah Rəsulunun (s) "Bütün xəstəliklərin mənbəyi mədədir" hədisini təsdiq edir. Həmçinin bu gün tibb elimi də bunu isbat edib və qəbul etdiyimiz dərmanların böyük əksəryətin daxilə, mədəyə qəbul edirik. Dərmanlar mədədən paylanır bütün bədənə. Dərman bütöv bədənə mədədən dağıldığı kimi xəstəlik və mərəz də mədədən yayılır.

Az yemək insanın həm cismi sağlamlığını, həm də ruhu paklığını qoruyur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.