Maraqlı

“Qəbul olmayan dua yoxdur” - Bəs əsl həqiqət nədir?

18 Noyabr 2018 22:15
0 Şərh     Baxış: 2 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Allah Təala insana işlərinə tədbir tökmək üçün ağıl və düşüncə kimi bir nemətlər verib. Lakin bütün bunlara baxmayaraq insan hər istədiyi işin öhdəsindən gələ bilmir. O yenədə acizdir. Yəni bu acizlik onun yaradılışından doğur. O zatən möhtacdır. Ehtiyaclıdır. Kamil bir qüdrət sahibinə möhtacdır. Bunun üçün uca Allah insana dua etmək kimi bir hiss bəxş edib və "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!" deyə buyurur.

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, lakin heç də hər duamızın qəbul olduğunu görmürük. Yaxud görə bilmirik. Əgər Allah Təala hər duamızı qəbul etməyəcəksə bəs nə üçün dua edin deyə buyurur? Yaxud bir əkinçi yağış yağmasını istəyir, digər biri isə yağışın fəsadından çəkinərək olmaması üçün dua edir. Hər ikisinin duasının qəbulu münkinmü?

Yuxarıda görmürük, yaxud görə bilmirik ifadəsini işlətdik. Məsələnin düyün nöqtəsi elə məhz burdadır. Bəli Allah Təala dualarımızı eşidir, hətta qəbul edir. Amma bizim istədiyimiz kimi yox, bizim xeyrimizə olan pormada. Bu inkar edilməz bir həqiqətdir ki, insan öz duasındakı məqsədi xeyrə yetişməkdir.

Əgər duada məqsədin xeyir olduğunu əsas tutsaq, Allah Təala insanın xeyirinin nədə olduğunu daha yaxşı bilir. Həmçinin insana yetişəcək nemətin nə zaman faydalı, nə zaman ziyanlı olduğunu daha yaxşı bilir və bizim dua edərək istədiyimizi bizə faydalı olacaq zamanda əta edir. Yaxud bizim istədiyimiz formada yox, bizə faydalı olan formada əta edir.

Məsələni bu baxışla dəyərləndirsək Allah Təala hər duaya cavab verir. Istəymizin gecikməsi belə Allahın bizim xeyirimizə olan bir təqdiridir. "Dua edin, mən də duanızı qəbul edərəm" ayəsi göstərir ki, insanın istəyi yox olmur, əksinə ona yetişir. Lakin müxtəlif formalarda.

Ayətullah Məkarim Şirazi "Təfsiri-Nümunədə" ayətin təfsirində buyurur:"Ayədəki duanızı qəbul edərəm vədəsi mütləq vədə yox, məşrut (şərtli) vədədir"

Həmçinin İmam Sadiqdən (ə) şoruşurlar : Allah Təala duaya cavab verəcəyini vəd verir, amma biz hər zaman duanın qəbul olduğunu görmürük?

İmam (ə) buyurdu: Vay olsun sənə! Cavab verilməyən heç bir dua yoxdur! Lakin bəzən dua edən özü bunu bilmir. Bu bu dualar ya ondan bəlaları dəf edir, yaxud da savab olaraq qiyamət zəxirəsi (azuqəsi) olur.

(Təfsir-Nümunə. C-20. Səh-153) (Təfsir Safi. Ayənin təfsiri).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.