Maraqlı

Burun qurdlamaq ölümlə nəticələnə bilər - Qorxulu viruslar

17 Noyabr 2018 23:20
5 Şərh     Baxış: 2 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyalı alimlərin apardıqları araşdırmanın nəticəsinə görə, burun qurdalamaq adəti ölümcül nəticələrə yol aça bilər.
 
Milli.Az medicina.az-a istinadən bildirir ki, layihənin rəhbəri Viktoriaya Konnor Liverpul universitetinin əməkdaşıdır. Məlum olub ki, burun yollarının tez-tez təmizlənməsi zamanı əllərdən pnevmoniya kimi ölümcül xəstəliyə yoluxa və letal nəticəyə səbəb ola bilər. Eksperimentin nəticələri "European Respiratory Journal"da dərc edilib. Eksperiment zamanı 70 könüllünün əlləri pnevmoniya törədiciləri ilə bulaşdırılıb. Daha sonra iştrakçılara burunlarını qurdalamaq tapşırılıb. Araşdırma zamanı məlum olub ki, iştrakçıların 40%-i əllərində  olan pnevmokok bakteriyalarının burun boşluğuna yoluxdurdub. Təhlükə ondan ibarətdir ki, bakteriyalar burun yollarından ağciyərə yoluxaraq pnevmoniyanın daha ağır formalarına gətirib çıxara bilər. "Əgər ağciyər xəstəliyinə yoluxmaq istəmirsizsə o zaman burnunuzu az qurdalayın" - deyə, Konnor bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.