Maraqlı

Yara izlərini yox edən GEL - Alimlərin yeni kəşfi

17 Noyabr 2018 23:10
4 Şərh     Baxış: 2 530
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Biomaterial Science" jurnalında dərc olunan bir məqalədə deyilir ki, çinli elm adamları ipək zülalından yaraların iz buraxmadan sağalmasını təmin edən, hüceyrələrə yapışa bilən və orqanizmi demək olar ki, heç bir mənfi təsirə məruz qoymayan gel istehsal ediblər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, elm adamları apardıqları araşdırma zamanı ipək liflərin tərkibində olan yapışqan bir maddədən istifadə ediblər.
Gelin tərkibində olan zülal zəncirini dəri toxumalarına birləşdirmək üçün ultrabənövşəyi şüalardan istifadə olunub. 

Gelin istifadə olunduğu nahiyədə zədəli toxuma yerinə yeni bir dəri toxumasının əmələ gəldiyi müəyyən edilib.

Antiseptik xüsusiyyətə malik olan bu gel bakteriyaların dəriyə nüfuz etməsinin qarşısını almaqdan əlavə həm də  sürətlə sağalmanı da təmin edir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.