Maraqlı

Bir Fatimə tanıyıram...

18 Noyabr 2018 21:20
3 Şərh     Baxış: 1 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir Fatimə tanıyıram - ədəbin, əxlaqın, iffətin, ismətin sərçeşməsinin ən gözəl Kövsəri.

Bir Fatimə tanıyıram - müjdəçisi Həzrət Cəbrayıl idi.

Bir Fatimə tanıyıram -"atasının anası" idi.

Bir Fatimə tanıyıram - kiçik bir həmsöhbət idi atasına.

Bir Fatimə tanıyıram - kiçik ikən ən böyük idi.

Bir Fatimə tanıyıram - Quran ona "Kövsər" deyir.

Bir Fatimə tanıyıram - "Qadın üçün ən xeyirlisi nədir" sualına ən mükəmməl cavabı məhz o verdi.

Bir Fatimə tanıyıram - Kor şəxsin müqabilində belə, pərdə arxasına keçən, Allah Rəsulunun (s) qızım o kordur səni görmür deyincə; "Atacan mən ki onu görürəm" deyib bütün bəşəriyyətə hicabın, ədəbin əxlaqın əsl mahiyyətini bir cümlə ilə çatdırdı.

Bir Fatimə tanıyıram - həyatın bütün sahələrində aktiv, fəal bir qadın nümunəsi.

Bir Fatimə tanıyıram - atasını şəhid etdilər.

Bir Fatimə tanıyıram - atasının ayrılığına görə deyil, çəkdiyi acılar üzündən yetimliyini hiss etdi.

Bir Fatimə tanıyıram - qüdrətli olduğu halda məzlum idi.

Bir Fatimə tanıyıram - Mushəfinin katibi Allahın aslanı idi.

Bir Fatimə tanıyıram - hədiyyəsi əlindən zorla alınan Fatimə.

Bir Fatimə tanıyıram - Atasının öpüb, qoxladığı, mübarək əli ilə oxşadığı üzə xəyanətkar bir əl uzandı.

Bir Fatimə tanıyıram - Cəbrayılın (ə) hörmətlə nazil olduğu evdə, xəyanətə məruz qaldı.

Bir Fatimə tanıyıram - Bu ümmətə əmanət idi.

Bir Fatimə tanıyıram - Allah Aslanının uğruna can fəda etdi.

Bir Fatimə tanıyıram - Qaranlığın bətnini öz nuru ilə dəldi.

Bir Fatimə tanıyıram - Dəfninə gecə şahid oldu.

Bir Fatimə tanıyıram - Günəş dünyanı nur saçıb isidərkən vəhy evi onun yoxluğu səbəbi ilə donurdu.

Bir Fatimə tanıyıram - torpağa yox, qəlblərə dəfn olundu.

Bir Fatimə tanıyıram - onu axtaranları hidayət etdi.

Bir Fatimə tanıyıram - Xeybəri fəth edən qəhrəmanı yalqız və tənha buraxdı.

Bir Fatimə tanıyıram - deyirəm, lakin yenə də onu heç tanımıram.
.....................................................................................................................................

Fatimə binti Əsəd.

Bir Fatimə tanıyıram - Kəbə onun üçün yarıldı.

Bir Fatimə tanıyıram -Kəbədə Fatiməyə yar olacaq nuru göy üzündən yer üzünə nazil etdi.

Bir Fatimə tanıyıram - Həzrət Xədicədən sonra Allah Rəsuluna (s) iman gətirən ikinci xanım idi.

Bir Fatimə tanıyıram - Məkkədən Mədinəyə həzrət Əli (ə) ilə hicrət edən ilk qadın idi.

Bir Fatimə tanıyıram - Peyğəmbərə (s) beyət ilk beyət edən qadın idi.

Bir Fatimə tanıyıram - Allah Rəsuluna(s) kiçik yaşlarında himayədarlıq etdi.

Bir Fatimə tanıyıram - Allah Rəsulu (s) o vəfat etdiyində "anam vəfat etdi" buyurdu.

Bir Fatimə tanıyıram - Allah Rəsulu (s) onu öz köynəyinə bükərək qəbrində bir neçə anlıq uzandı.

Bir Fatimə tanıyıram - Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, bəziləri onun bu əməllərinə təəccüb etdikdə buyurdu: "Niyə təəccüb edirsiniz. Həqiqətən o, mənim anam idi. O yeməyi ilk öncə mənə verər məni doyurar sonra övladlarına verərdi, və digər bütün işlərdə mənə önə salardı."

Bir Fatimə tanıyıram - Allah Rəsulu (s) onun barəsində buyurdu: "Əbu Talibdən sonra mənə ən çox yaxşılıq edən o idi."

Bir Fatimə tanıyıram - Cəbrayıl (ə) buyurdu: "O Cənnət əhlidir. Allah 70 min mələyə əmr etdi ki, ona cənazə namazı qılsın."

Bir Fatimə tanıyıram - Allah Rəsulu (s) öz mübarək əlləri ilə onu dəfn etdi.

Bir Fatimə tanıyıram - İbn Abbas "Mumtəhinə 12-ci ayəsi onun barədə nazil oldu" buyurdu.

.....................................................................................................................................
Fatimə binti Muhəmməd (s)

Bir Fatimə tanıyıram -Ondan bizə bir Yusif (ə.f) əmanət qalıb.

Bir Fatimə tanıyıram - Özü kimi Yusifidə (ə.f) məzlumdur.

Bir Fatimə tanıyıram - Yusifinin (ə.f) gəlişi ilə məzarı ziyarətgaha çevrilər.

Bir Fatimə tanıyıram - Yusifini (ə.f) o da gözləyir.

Bir Fatimə tanıyıram - Fatimələr sorağındadır.

Bir Fatimə tanıyıram -Fatiməsiz qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.