Maraqlı

Necə yaxşılıq edək?

18 Noyabr 2018 22:20
0 Şərh     Baxış: 1 037
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxşılıq və insanlıq bir insan olaraq kər kəsin vicdan borcudur. Allah Təala insanı var edərkən ona vicdan adlı bir nemət bəxş edib. Bu vicdan sanki insanın daxilində onunla çarpışan ikinci bir şəxsdir və daima ona nəzarət edir, onu ədalətli olmağa dəvət edir.

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, dinindən və etiqadından aslı olmayaraq insan xeyirə meyilli varlıqdır. Hər kəs üçün istəməsə belə an azından özü üçün xeyir tələb edir.

İstər peyğəmbər (s) zamanında olsun, istər indiki zamanda olsun insan necə xeyirə yetişmək, yaxud xeyir vermək barəsində düşünür və sual verirlər. Quran bu sual müqabilində belə buyurur:

"Səndən (Allah yolunda) nə xərcləmələrini soruşurlar, de: "(Malın növü mühüm deyil, mühüm odur ki,) xərclədiyiniz mal ata, ana, yaxınlar, yetimlər, yoxsullar və yolda qalmışlar üçün olsun. Şübhəsiz Allah etdiyiniz hər bir yaxşı işi bilir. (Bəqərə 215)

Qeyd etdiyimiz ayə iki mətləbi önə çəkir. Öncə kimlərə ehsan və yaxşılıq edək və nədən verək?

Birinci mətləbi Quran ardıcıllıqla bəyan edib. Öncə ata, ana! Sonra digər ardıcıllıqla bəyan edib.

İkinci mətləb nədən infaq edək? Cavabında Quran buyurur: "Şübhəsiz Allah etdiyiniz hər bir yaxşılığı bilir." İnsan zərrə qədər nə xeyir iş görmüş olsa Allah onu görür və bilir. Allah heç bir xeyiri qarşılıqsız buraxmaz! Bir təbəssüm olsa belə:

"Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır)." - Zəlzələ.7

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.