Maraqlı

Dinə görə bu şəxslərin üzünə baxmaq ibadətdir

18 Noyabr 2018 23:50
0 Şərh     Baxış: 2 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İbadət kəlməsi bir dini termin olaraq lüğəti mənası qulluq, bəndəçilik, itaət mənasındadır. İstilah və işlənmə yeri isə dini mətnlərdir və yalnız Mütəal Allaha ibadət olunur.

Bütün səmavi dinlərin nazil olma hədəfi və tələbi məhz ibadətdir: Yəni insanları yeganə Allaha ibadətə dəvətdir, nəinki Allahı qəbul etmələridir. Çünki insan yaranandan onun qəlbində Allahı təsdiq hissi vardır. Hətta inkar əhli belə bəzən özləri də fərqinə varmadan bunu etiraf edirlər. Heç kim tam inkarçı deyildir. Sadəcə ağılı və nəfsi qarışmış, nə dediklərini bilməyənlərdir. Quran buyurur:

وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَهُمْ لَيَقُولُنَّ اللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ

Əgər onlardan (müşrik, Allahdan dönənlər) özlərini kimin yaratdığını soruşsan, mütləq: Allah! - deyə cavab verəcəklər! Elə isə (haqdan) necə döndərilirlər? (Zuxruf-87)

Bəli bütün səmavi dinlərin yeganə hədəfi insanları Allaha ibadətə dəvətdir. Yəni yalnız Uca Allaha və Onun əmrlərinə tabe olmaq!

İbadət özünü bir neçə formada göstərir. İbadət təyin edilmiş müəyyən vaxtlı əməllər  (namaz,oruc), düzgün ticarət, insanlarla ədalət və dini göstəriş əsasında davranış, halal-harama diqqət, mənəvi paklıq və bir çox pormalarda zahir olur. Qısa şəkildə desək Allah Təalanın əmr və göstərişlərinə tabe olmaq, bütün işlərində Mütəal Allahı düşünməkdir. Əməl yaxşı və gözəl olsa belə, əməl sahibi Allahı düşünmürsə ibadət hesab olunmur. İbadət Allaha bəndəçilik mənasındadır. Niyyətində, qəlbində Allahın olmasıdır. İbadətdə Allahın rizası, xeyr bərəkəti vardır.

Bir neçə şəxs vardır ki, Həzrət Peyğəmbər (s) onların üzünə baxmağı, ibadət, Allahın rizası, xeyir bərəkəti hesab etmişdir:

"Alimin üzünə baxmaq ibadətdir,

Ədalətli rəhbərin üzünə baxmaq ibadətdir,

Valideynlərin üzünə rəhmət və şəfqətlə baxmaq ibadətdir,

Allah yolunda sevdiyi qardaşının (mömin) üzünə baxmaq ibadətdir"

(Əmali Tusi 454)

Allah Rəsulunun (s) bu kəlamı insanlıq üçün böyük əhəmiyyətə malik olan 4 dəyəri özündə cəm edib, insanlara çatdırır. Bunlar elm, ailə, rəhbər, Allah yolunda qardaşlıq və vəhdətdir. Bunlar insanlığın həyat əhəmiyyətli məsələləridir. Bir cəmiyyət və toplumda bunlar olmasa, hətta biri olmasa belə, həmin cəmiyyət davamlı olmaz, məhvə və fəsada məhkum olar.

Həzrət Peyğəmbər (s) bütün bunları ibadət adlı məfhumda cəm edib ki, ibadət Allaha qulluq və itaətdir. Bu növ baxışlarda Allahın rizası, xeyir bərəkəti vardır. Həm dünya üçün, həm axirət üçün.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.