Maraqlı

Qəlbin paklığı üçün gözəl və qısa bir dua

18 Noyabr 2018 19:55
0 Şərh     Baxış: 1 401
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəlb insanın bütün mənəvi aləmini ehtiva edir. Yəni qəlb deyildikdə insanın bütün daxili aləmi, hissləri, xarakteri, bütün mənəviyyatı nəzərdə tutulur. Qurani Kərim insanı qınayarkən, yaxud onu ucaldarkən qəlbinə, qəlbinin halətinə işarə edir:

"Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər." (Ənfal-2)

Yaxud:

"Onların ürəyində mərəz (nifaq və həsəd mərəzi) var. Allah onların (şəkk, kin və nifaq) mərəzini daha da artırar."  (Bəqərə-10)

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, qəlbin paklığı insanın paklığıdır. İnsan öz dularında qəlbinin paklığını istəməlidir ki, onun üçün ilahi mərifət yolu işıqlansın. Du kitablarında və ariflərin kəlamlarında qəlbin paklanması və işıqlanması üçün gözəl, mənadolu zikirlər qeyd olunub. Onlardan biri də bu zikirdir:

اللَّهُمَّ طَهِّرْنِي وَ طَهِّرْ لِي قَلْبِي

(Allahumə təhhirni və təhhir li qəlbi)

Allahım məni pakla!

Allahım qəlbimi pakla!

Zikir Allahı xatırlamaq mənasındadır. Formasından aslı olmayaraq istər dillə olsun, istər baxıb ibrət almaqla olsun, istərsə də təfəkkürlə yalnız Allah xatırlandığı zaman bunlar zikr hesab olunur və insanda öz müsbət təsirini buraxır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.