Maraqlı

Yerin altından ordu çıxdı - Unikal tapıntı - FOTO

14 Noyabr 2018 13:56
0 Şərh     Baxış: 4 261
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində 2100 il əvvəl qazılmış məqbərədə unikal fiqurlar aşkarlanıb. Dərin və eniş çuxur formasında olan məzarlıqda təqribən 300 terrakot (saxsı) fiqur var.

Milli.Az Live Science-ə istinadən bildirir ki, piyada və süvari döyüşçülərin fiqurlarının məqbərədə dəfn edilmiş şahzadə Lyu Hunun "əbədi həyat məkanına yola salınması" üçün hazırlandığı güman edilir.

Çində ən məşhur terrakot ordusu imperator Şi Xuanın məqbərəsindədir.

Yeni tapılmış "kiçik ordu" isə Şi Huanın ölümündən bir əsr sonra hazırlanıb.

Kvadrat formada olan çuxurun mərkəzinə düzülmüş 300 döyüşçü fiqurları 140 sm hündürlüyündədir.

Şahzadə Lyu Hunun məzarı isə hələ tapılmayıb.

Qədim Çində terrakot döyüşçülər dəfn olunmuş imperatorların və şahzadələrin "o dünyada mühafizəsi" üçün nəzərdə tutulmuşdu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.