Maraqlı

Adı ilə məşhur duanın bağlı olduğu Kümeyl kimdir?

15 Noyabr 2018 07:51
0 Şərh     Baxış: 1 733
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kümeyl ibn Ziyad Nəxəi İmam Əlinin (ə) ən yaxın tərəfdarlarından biri, tabiinin böyüklərindəndir. Yəmənin Nəxə qəbiləsinə mənsub idi. Onu İmam Əlinin (ə) sirlərinin qoruyucusu və daşıyıcısı adlandırırlar. İbadət əhli olmuş, zöhd və təqvası ilə seçilmişdir. İmam Əliyə (ə) müxtəlif mövzular suallar vermiş və həmin sualların cavabını rəvayət etmişdir. Kümeylin İmam Əlidən (ə) rəvayət etdiyi irihəcmli dua da çox məş¬hurdur. Bu dua onun adı ilə "Kümeyl duası" kimi tanınır.

Kümeyl Əməvilər zamanında Əhli-beyt tərəfdarlarına qarşı yönələn təqiblərdən xilas olmaq üçün gizlənmiş, amma mənsub olduğu qəbiləyə qarşı təzyiq göstərildiyi üçün könüllü surətdə hökumətə təslim olmuşdu. Hicri 82-ci və ya 83-cü ildə (miladi 701-702-ci illər) Kufə valisi Həccac ibn Yusifin əmri ilə 70 yaxud 90 yaşında qətlə yetirilmişdir. Məzarı Kufə və Nəcəf şəhərləri arasında yerləşir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.